Komponentlər

Keyfİyyət təmİnatı

Təhsil proqramlarının tələbələrə əsaslanan yanaşmanı əks etdirməsi məqsədi ilə keyfiyyət təminatı sisteminin daha da təkmilləşdirilməsi

2015-2017-ci illərdə həyata keçirilən Ali təhsil sisteminin Avropa Ali Təhsil Məkanının tələblərinə daha da uyğunlaşdırılması məqsədi ilə Azərbaycan Respublikasının Təhsil Nazirliyinə dəstək göstərilməsi Tvinninq layihəsinin nailiyyətləri əsasında keyfiyyət təminatı sistemi daha da cillallanır. Xüsusən, proqramların akkreditasiyası üzrə tələbələrə əsaslanan yanaşmaların tələblərinə istinad edən və Avropa Ali Təhsil Məkanında Keyfiyyət Təminatı Standartları və Təlimatlarına tam cavab verən standartlar hazırlanır.

Təhvil veriləcək məhsullar

  • Təhsil Nazirliyinin nümayəndələrindən ibarət 7 nəfərlik heyət üçün Aİ Üzv Dövlətinə tələbələrə əsaslanan təhsil proqramlarına dair tədris səfəri təşkil edilir.
  • Təhsil Nazirliyinin nümayəndələrindən ibarət 7 nəfərlik heyət üçün Aİ Üzv Dövlətinə EHEA-da Keyfiyyət Təminatına dair tədris səfəri təşkil edilir.
  • Qiymətləndiricilər, o cümlədən tələbə və əmək bazarı nümayəndələri təlimləndirilir.
  • Ən azı 4 təhsil proqramının simulyativ qiymətləndirilməsi aparılır
  • Pilot təhsil proqramları üzrə ən azı 12 özünütəhlil hesabatı hazırlanır.
  • Proqram akkreditasiyası standartları təkmilləşdirilir.
  • ATM-in özünütəhlil proseslərinə dair əl kitabçası hazırlanır.
  • Ali təhsil müəssisələri üçün özünütəhlil təlimi keçirilir.

Fəaliyyətlər