Layihə haqqında

 “Azərbaycan ali təhsil sisteminin gücləndirilməsinə dəstək”  Tvinninq layihəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilir və Azərbaycan ali təhsil sistemini daha da inkişaf etdirməyi hədəfləyir. 

Layihənin başlıca məqsədi Azərbaycan ali təhsil sistemini kompetensiyalara əsaslanan təhsil yanaşmasına uyğunlaşdırmaqla daha da inkişaf etdirməkdir.

Layihənin hədəfi Avropa Ali Təhsil Məkanının prinsiplərinin, mexanizmlərinin, alətlərinin və siyasətlərinin davamlı surətdə tətbiq edilməsi məqsədi ilə Təhsil Nazirliyinin, ali təhsil müəssisələrinin və Akkreditasiya və Nostrifikasiya İdarəsinin institusional potensialını artırmaq və tələbələrə əsaslanan sistemə və təlim nəticələri yanaşmasına keçidi dəstəkləməklə onların həyata keçirilməsini və tətbiqini təmin etməkdir.

Layihə Avropa İttifaqının üç ölkəsindən - Fransa, Litva, Latviya - ibarət konsorsium tərəfindən həyata keçirilir 


Layihənin icra müddəti 2018-2020-ci illəri əhatə edir.  


ƏSAS KOMPONENTLəR