“Azərbaycanda
ali təhsilin gücləndirilməsinə dəstək” adlı Tvinninq layihəsi çərçivəsində layihənin
İdarəetmə Komitəsinin 8-cı iclası 10 iyun 2020-ci il tarixində onlayn formatda keçirilib.
Internet üzərindən keçirilən iclasa Avropa İttifaqı tərəfindən layihəni icra edən təşkilatları təmsil edən layihə rəhbərləri ilə yanaşı, Təhsil Nazirliyinin Elm, ali təhsil və orta ixtisas təhsili şöbəsinin nümayəndələri, eləcə də Avropa İttifaqının Bakı Nümayəndəliyinin əməkdaşı qoşulub.
Təhsil Nazirliyinin Elm, ali təhsil və orta ixtisas təhsili
şöbəsinin müdiri vəzifəsini icra edən Yaqub Piriyev iclası açıq elan edərək
Fransa, Litva və Latviyadan olan layihə rəhbərlərini və digər iclas iştirakçılarını
salamlayıb.
Piriyev layihənin 8-ci rübü ərzində görülmüş işlər barədə qısa
məlumat verib.
“Layihənin başlıca nailiyyətlərindən biri səriştə əsaslı təhsil
proqramlarının çərçivəsinin işlənib hazırlanmasıdır. Bu, səriştə əsaslı təhsil
proqramlarının tərtibində çox faydalı olacaqdır,” deyə o bildirib.
Piriyev layihənin icra müddətinin üç ay uzadılmasına baxmayaraq,
bu müddətin COVİD-19 pandemiyası səbəbindən elan olunan xüsusi karantin
rejiminə təsadüf etməsininin təəssüf doğurduğu qeyd edib.
Daha sonra layihə rəhbəri Şahin Bayramov çıxış edərək bildirib ki,
karantin rejiminin elan olunmasına baxmayaraq, Tvinninq layihəsi fəaliyyətini
davam etdirib və bir sıra sənədlər üzərində iş aparılıb.
Öz növbəsində, layihənin Rezident Tvinninq Müşaviri Yelizaveta Bıdanova səkkizinci rüb üzrə layihənin icrası
istiqamətində aparılan işləri komponentlər üzrə iştirakçıların diqqətinə
çatdırıb.
Daha sonra layihənin komponent
rəhbərləri son rüb ərzində öz komponentləri çərçivəsində görülən işlər barədə
qısa məlumat veriblər.
Hər bir komponent rəhbəri
ayrı-ayrılıqda Tvinninq layihəsi çərçivəsində ötən dövr ərzində görülmüş
işlərdən məmnun qaldıqlarını bildiriblər.